İstifadə qaydası

5 dəqiqəyə kataloqunu qur

Qeydiyyatdan çap olunmuş QR koda qədər — addım-addım.

Video təlimat tezliklə. Aşağıdakı addımlar hər şeyi izah edir.
1

Qeydiyyatdan keç

«Pulsuz başla» düyməsinə bas. Ad, e-poçt, şifrə və biznesinin adını yaz. Kart tələb olunmur.

2

E-poçtuna gələn kodu yaz

Sənə 6 rəqəmli kod göndəririk. Onu saytdakı xanaya yaz. Məktub görünmürsə, spam qovluğunu yoxla.

3

Biznesini tanıt

Loqonu yüklə, rəngini seç və sahəni göstər (restoran, geyim, elektronika...). Kataloqun bu görünüşü alır.

4

Kateqoriya yarat

«Kateqoriyalar» bölməsinə keç: «Əsas yeməklər», «İçkilər», «Desertlər»... Bunlar müştərinin gördüyü başlıqlardır.

5

Məhsul əlavə et

«Məhsullar» → «Məhsul əlavə et». Şəkil, ad, qiymət yaz və yadda saxla. Şəkli yükləyəndə kəsmə pəncərəsi açılır ki, hamsı eyni ölçüdə olsun.

6

QR kodunu yüklə və çap et

«QR Studiya»ya keç, rəngini seç və PNG ya SVG olaraq yüklə. Çap edib masaya, rəfə və ya vitrinə yapışdır.

7

İstədiyin an dəyiş

Qiyməti dəyişdin — QR-ı yenidən çap etməyə ehtiyac yoxdur. Skan edən növbəti müştəri dərhal yeni qiyməti görür.

İlişib qaldın?

WhatsApp-dan yaz — addımları birlikdə keçək.

Kataloqunuzu təcrübəyə çevirin.

QR çap edin, kataloqu doldurun, qonaq skan etsin.

Pulsuz kataloqunuzu yaradın
5 dəqiqəyə kataloqunu qur · QR-Universe